Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İRİNA QOLUBEVA: HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ƏN YAXŞI XÜSUSİYYƏTLƏRİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRƏN DAHİ ŞƏXSİYYƏTDİR

1997-ci ilin martında dövlətinizin başçısı Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri oldu. O vaxt mən Kiyev Şəhəri İcra Hakimiyyəti başçısının müavini idim. Heydər Əliyev həmin tarixi səfər çərçivəsində Kiyev meriyasına da gəldi. Lakin mənim Heydər Əliyev ilə şəxsi tanışlığım Bələdiyyə İdarəsinin Sütunlu salonunda oldu. Burada Ukrayna paytaxtının meri Aleksandr Omelçenko Azərbaycan dövlətinin başçısına şəhərin fəxri qonağı Fərmanını və qəhrəman şəhər Kiyevin rəmzi açarını təqdim etdi. Heydər Əliyeviçin Fəxri qonaqlar kitabımıza necə səmimi sözlər yazdığı indiyədək yadımdadır...

Bir neçə il sonra, 2001-ci ilin sentyabrında mənə Ukrayna nümayəndə heyətinin tərkibində Bakıya gəlmək nəsib oldu. Biz Azərbaycan paytaxtına GUÖAM-ın üzvü olan ölkələrin qadınlarının I Forumunda iştirak etməyə gəlmişdik.

Məlum olduğu kimi, GUÖAM çərçivəsində qadın təşkilatı yaradılması təşəbbüsü də Azərbaycan Prezidenti Heydər Əliyevə məxsusdur. Zənnimcə, bu, qadın və ailə problemlərinə, cəmiyyətdə qadınların rolunun artırılmasına, onlara kişilərlə hüquq bərabərliyi statusu verilməsi məsələsinə dövlət başçısının xüsusi diqqət yetirməsinin daha bir bariz təzahürüdür.

Bakıya səfərimiz çərçivəsində GUÖAM qadınları I Forumu iştirakçılarının Heydər Əliyev ilə unudulmaz görüşü oldu. Düşünürdüm ki, görüş qısa olacaq, necə deyərlər, protokol xarakteri daşıyacaqdır. Lakin mühüm, aktual mövzularda söhbət düz iki saat çəkdi. Heydər Əliyev görüş iştirakçılarının hər birinə söz verdi, onları diqqətlə dinlədi. Heydər Əliyevin ünsiyyətdə sadəliyi, xeyirxahlığı və incə yumor hissi bizim hamımızı ruhlandırdı və biz öz planlarımız, layihələrimiz barədə fikirlərimizi onunla bölüşdük.

Heydər Əlirza oğlu, özü demişkən, ən fəal və həmrəy diaspor kimi tanıdığı Ukraynadakı Azərbaycan diasporu ilə münasibətlərimiz barədə mənə sual verdi. Mən ona Ukrayna Azərbaycanlıları Konqresi ilə birgə layihələri uğurla həyata keçirməyə imkan verən səmimi tərəfdaşlıq münasibətlərimizdən danışdım.

O tarixi söhbətdən özümüz üçün xeyli yeni və mühüm nəticələr əxz etdik. Azərbaycanın başlıca problemi - Dağlıq Qarabağ münaqişəsi, Heydər Əliyevin uzunsürən bu münaqişənin sülh yolu ədalətli həlli üçün göstərdiyi səylər barədə ətraflı məlumat aldıq.

Yalnız çadır düşərgələrində yaşayan azərbaycanlı qaçqın-köçkünlərin faciəsi ilə şəxsən tanış olduqdan sonra, biz evsiz-eşiksiz qalmış bu binəsiblər barədə danışarkən Prezidentin gözlərinin nə üçün kədərlə dolduğunu anladıq.

Bizim Prezidentlə görüşümüzü elə həmin axşam Azərbaycan televiziyasının birinci kanalı ilə tam göstərdilər. Onda mən anladım ki, Prezident təkcə özü bizimlə tanış olmurdu, həm də bütün Azərbaycanı GUÖAM-a daxil olan ölkələrin elçiləri ilə tanış edirdi. Odur ki, haraya getsək, hətta çadır düşərgələrində belə bizi tanıyır və salamlayırdılar. Bu, hakimiyyətin açıqlığından, onun şəffaflığından, xalqın marağını ölkənin problemlərinə cəlb etmək istəyindən xəbər verirdi.

Heydər Əliyevlə tanış olandan sonra mən onun xalq arasında nə üçün belə böyük nüfuz sahibi olmasının, belə sevilməsinin səbəbini anladım. Çünki o, Azərbaycan millətinin xeyirxahlıq, ürək genişliyi, mərdlik, qadınlara hörmət, güclü haqq-ədalət hissi, xəyanətə və saxtakarlığa nifrət kimi ən yaxşı xüsusiyyətlərini özündə təcəssüm etdirən dahi şəxsiyyətdir.

Onun xanımı və ömür-gün dostu Zərifə Əziz qızına bəslədiyi riqqətli münasibət məndə xüsusi hörmət hissi doğurur. Heydər Əliyev ona bütün ömrü boyu sadiq qalmışdır.

Belə insan heç vaxt, heç bir şəraitdə nə xidmət etdiyi işə, nə xalqına, nə də ölkəsinə xəyanət etməz!

Mən Ukraynanın böyük dostu Prezident Heydər Əliyevə Azərbaycan millətinin firavanlığı və xoşbəxtliyi, Azərbaycanın tərəqqisi, müstəqil dövlətlərimizin xalqları arasında qardaşlıq münasibətlərinin daha da inkişafı naminə uzun ömür arzulayıram.

Söhbəti yazdı: Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb