DÜNYA
İşgüzar adamlar üçün Britaniya ulduz falı (23-29 aprel)
QOÇLAR işin sürətini bir qədər yavaşıtmalıdırlar, yoxsa böyük bir səhvə yol verib xeyli pul itirə bilərlər. Rəqiblər gözlənilməz gediş hazırlayırlar. Onlara ən layiqli cavab ehtiyatla və təmkinlə hərəkət etməkdir. Bu günlər tərəfdaşların məsləhətlərinə deyil, işgüzar intuisiyanıza güvənməlisiniz.
BUĞALAR əla işgüzar formadadırlar. Ulduzlar biznesinizə əla imkanlar vəd edir, Qətiyyətlə və cəsarətlə hərəkət edin, amma indiki mərhələdə planlarınızı hətta ən yaxın adamlarınızdan da gizli saxlayın.
ƏKİZLƏRƏ əldə etdikləri təcrübə maliyyə problemləri ilə bağlı mürəkkəb vəziyyətdən ən az itkilərlə çıxmaqda kömək edəcəkdir. Ötən illərin acı təcrübəsi qiymətli vaxtınıza qənaət etməyinizə, yardım əli uzada biləcək lazımlı adamlarla görüşməyinizə imkan yaradacaqdır. Həftənin ortasında manevr etmək imkanlarınızı məhdudlaşdıran hadisələrin gedişatının qəflətən dəyişməsi cəsarətlə hücuma keçməyinizə bir işarə olacaqdır.
XƏRÇƏNGLƏRİN tərəfdaşlarla problemləri və münasibətləri nə qədər gərgin olursa-olsun, onlarla açıq söhbət edib münasibətləri aydınlaşdırmaq vaxtı gəlib çatmışdır. Hadisələrin sürətlə inkişaf etdiyi və hər an nəzarətdən çıxacağı nəzərə alınsa, bu atacağınız yeganə düzgün addım olacaqdır. İştirakçılarına xeyli qazanc vəd edən bir işi xilas etmək üçün gətirdiyiniz dəqiq arqumentlər, əsaslı səbəblər hətta ən inadkar tərəfdaşları belə yumşalda bilər.
ŞİRLƏR son vaxtlar mənimsədikləri bilik, bacarıq və vərdişləri təcrübədə sınamalıdırlar. Əldə etdiyiniz təcrübə işgüzar münasibətlər qurmaqda son dərəcə faydalı olacaqdır. Mənimsədiyiniz işgüzar fəndlər biznesinizdən daha çox qazanc götürməyinizə kömək edəcəkdir. Lakin bütün bunlarla kifayətlənmədən sürəkli olaraq onların tətbiqi üzərində çalışmalısınız.
QIZLARI bu günlər üzləşəcəkləri çətinliklər bir xeyli əndişələndirəcəkdir. Buna baxmayaraq, əli qoynunda oturmaq məsləhət deyildir. Yaranmış vəziyyəti düzəltməyə, vəziyyətdə dönüş yaratmağa çalışmaq lazımdır. Onda dünən həlli müşkül görünən bir problem, ola bilsin, biznesiniz üstünlüyünü təmin edəcəkdir.
TƏRƏZİLƏR bu həftə az qala fikir burulğanında boğulacaqlar. Son nəticədə fantaziyalarınızın uçuşunda düzgün xətt seçməyinizə kömək edəcək ortaq məxrəci tapacaqsınız. Ağlınıza gələn plan işgüzar fəallıq üçün yeni imkanlar açaraq, biznes tərəfdaşlarınızla fəaliyyət üfüqlərinizi genişləndirəcək, həyatınızda kəskin bir dönüş yaradacaqdır. Bütün bunları gerçəkləşdirmək üçün komandanızla əlaqəli şəkildə çalışmalısınız.
ƏQRƏBLƏR xırda uğursuzluqlardan yaranmış qəm, kədər və digər narahatlıqlardan qurtulmalıdırlar. Başa düşmək lazımdır ki, baş verənlər əzminizi və gücünüzü artırmış, sizi daha da möhkəm etmişdir. İndi diqqətinizi o sahələrə verməlisiniz ki, orada həqiqətən böyük nailiyyətlərə müvəffəq ola bilərsiniz. Belə əhval-ruhiyyə həm özünüz, həm də ətrafınızdakı insanlar üçün xoş və səmərəli ab-hava yaradacaqdır. Ehtiyatlı olun və düşünülməmiş vədlər verməkdən çəkinin.
OXATANLAR tonuslarını bərpa edib, əməklərinin səmərəliliyini artırmalıdırlar. Vaxtınızı düzgün bölüşdürüb, daha intizamlı olmalısınız. Gücünüzü bərpa etməyə və ofisdə işinizin keyfiyyətini artırmağa yaxşı istirahət, o cümlədən fitnes-mərkəzə getmək, mədəni tədbirlər kömək edə bilər.
Xırda detallar OĞLAQLARIN diqqətindən yayınmamalıdır. Sizin üçün böyük əhəmiyyət daşıyan işlərin taleyi məhz onlardan asılı ola bilər. Planlarınızı həyata keçirərkən maraqlı improvizələrdən çəkinməyin. Səmərəsiz saydığınız bəzi variantları yeni şəkildə tətbiq etmək heç vaxt gec deyildir. Bəzən iki addım irəli getmək üçün bir addım geri çəkilmək lazımdır.
DOLÇALAR əlində-ovcunda olanların əliəyri adamların əlinə keçməsinin, yaxud böyük və tamamilə planlaşdırılmamış xərclərin qarşısını almaq üçün maksimum ayıq-sayıq olmalıdırlar. Bu üzdən astroloqlar hər hansı maliyyə əməliyyatının heç olmasa qısa müddətə təxirə salınmasını məsləhət görürlər.
BALIQLARA eyni məsləhətlər da şamil olunur. Onlar öz öhdəliklərini yerinə yetirib-yetirmədikləri barədə tərəfdaşlarını sorğu-suala tutmaq üçün maliyyə sənədlərini səliqəli vəziyyətdə saxlamalıdırlar. İlk baxışda maliyyə sahəsində böyük bir sıçrayış etmək perspektivləri olsa da, yeni anlaşmanın şərtlərini müzakirə etmək məqsədi ilə danışıqlar aparmaq üçün münasib vaxt deyildir. Daha sonra həmin sazişi daha sərfəli şərtlərlə imzalamaq mümkün olacaqdır.