DÜNYA
İşgüzar adamlar üçün Britaniya ulduz falı 28.01.2013-03.02.2013
London astroloqlarının fikrincə, yaxşı olar ki, qarşıdakı həftə QOÇLAR özlərinin bütün diqqətini yığılıb qalmış problemlərin həllinə yönəltsinlər, əks halda onlar öz bizneslərinə ciddi ziyan vura bilərlər. İlk növbədə daxili mühasibatlıqla bağlı məsələlərə diqqət yetirmək lazımdır.
BUĞALAR həmkarlarının diqqət mərkəzində duracaqlar. Mars təsdiq edir ki, bu, hər şeydən əvvəl bu bürc altında doğulanların son vaxtlar irəli sürdükləri təşəbbüslərlə bağlıdır. Lakin narahat olmağa dəyməz, rəhbərliyin dəstəyinə bel bağlayıb yeni layihələrin həyata keçirilməsinə başlaya bilərsiniz.
ƏKİZLƏR üçün sakit dövr başlanır, dərindən nəfəs alıb müəyyən müddətə rəqibləri unutmaq olar. Amma arxayınlaşmaq da lazım deyil, bu, sadəcə olaraq növbəti “hərbi əməliyyatlar” ərəfəsində kiçik bir tənəffüsdür. Bu zamandan ağılla istifadə edin, o vaxt qələbə sizinlə olacaqdır.
Venera XƏRÇƏNGLƏRİN misli görünməmiş uğur qazanmasına kömək edəcəkdir. Onlar ən cəsarətli layihələrini həyata keçirə biləcək, ən başlıcası isə inadkarlıq göstərərək səylə məqsədlərinə doğru hərəkət edəcəklər. Nəticəni çox gözləmək lazım gəlməyəcəkdir. Vençur investisiyalar sahəsində xüsusi müvəffəqiyyət qazana biləcəksiniz.
Bu həftə ŞİRLƏR özlərini batan gəminin kapitanı kimi hiss edəcəklər. Yupiter qəzanın yaxınlaşdığını bildirir. Ondan yaxa qurtarmaq üçün investorların etibarlı köməyinə arxalanmaq lazımdır. Yalnız o zaman iflasdan qaçmaq və ya minimum itkilərlə keçinmək mümkün olacaqdır.
Həftənin əvvəlində QIZLAR rəhbərlikdən gözlənilməz təklif alacaqlar. Çox güman ki, bu, biznesin genişləndirilməsi ilə əlaqədar olacaqdır. Razılıq verməyə tələsməyin. Müsbət və mənfi cəhətləri qabaqcadan olçüb-biçin. Ola bilsin ki, zahiri cazibədarlığın arxasında istədiyiniz perspektiv layihəni görməyəsiniz.
Gələn həftə TƏRƏZİLƏR iradələrini toplayıb son qüvvələrini kollektivdəki problemlərin həllinə yönəltməlidirlər. Astroloqların fikrincə, bu məsələ ilə indi məşğul olmasalar, gələcəkdə kollektivdə ciddi parçalanma ola bilər ki, bu da ilk növbədə maliyyə göstəricilərinə təsir edər.
ƏQRƏBLƏR xırda məsələlərin həllinə vaxt itirməyib özlərini tamamilə qlobal problemlərə həsr etsələr, həftə onlar üçün çox uğurlu olar. O zaman ümid etmək olar ki, atılan addımlar ən yaxın gələcəkdə müsbət nəticələr verəcəkdir.
OXATANLAR bu həftə rahat nəfəs ala biləcəklər. Ay rəqiblərlə birbaşa münasibətlər qurmağa kömək göstərəcəkdir. Xüsusən bazar ertəsindən çərşənbə gününədək aktiv fəaliyyətdən qaçmaq lazımdır. O zaman gələcəkdə hər iki tərəf üçün sərfəli şərtlərlə birgə layihələrə bel bağlaya bilərsiniz.
Saturn inqilabi əhval-ruhiyyəyə sövq etsə də, astroloqlar OĞLAQLARA rəhbərliklə mübahisələrdən çəkinməyi məsləhət görürlər. İndiki məqamda yaxşı olar ki, fikrinizi içinizdə saxlayasınız, əks təqdirdə bu, sizin tezliklə başa çatacaq mühüm layihədən kənarlaşdırılmağınızla nəticələnə bilər.
DOLÇALARIN “özlərinə” investisiyalar barədə düşünmələrinə dəyər, xüsusən də “üfüqləri genişləndirməyi” çoxdan planlaşdırıblarsa. Astroloqların fikrincə, bunun üçün lap münasib vaxtdır. Gələcəkdə peşə marağı dairəsini genişləndirməyə imkan yaranacaqdır, bu da ətrafdakılar tərəfindən dərhal qiymətləndiriləcəkdir.
BALIQLAR üçün gərgin iş dövrü başlanır. Elə təsəvvür yaranır ki, iş axınının sonu olmayacaqdır. Məyus olmayın, sonradan əhvalınızı yüksəltməyə imkanınız olacaq, indi isə hələlik istirahəti unudun. Yalnız bu halda hər işinizi vaxtında görə biləcəksiniz. Gecikməyiniz maliyyə itkilərinə səbəb ola bilər.