DÜNYA
İŞİD Peşmərgəyə eyni zamanda iki cəbhədə hücum edib
Bakı, 30 yanvar, AZƏRTAC
İŞİD yaraqlıları İraqın Kərkük və Mosul cəbhələrində eyni zamanda hücuma keçiblər. Döyüşlərdə 1-ci peşmərgə briqadasının komandiri Şerko Fatih öldürülüb.
AZƏRTAC TRTHaber.com saytına istinadla xəbər verir ki, təhlükəsizlik xidmətindən alınan məlumata görə, İŞİD yaraqlıları gecə saatlarında Kərkükdən 12 kilometr cənubda yerləşən peşmərgələrin nəzarətində olan Təl əl-Vərid, Məktəb Halit, Məryəmbəg və Molla Abdullah kəndlərinə hücum ediblər. Onlar şiddətli döyüşlərdən sonra Məktəb Halit və Molla Abdullah kəndlərini ələ keçirməyə müvəffəq olublar. İtirilmiş mövqeləri geri qaytarmaq üçün peşmərgə bölgəyə əlavə qüvvələr cəlb edib.
Kərkük cəbhəsindəki hücumlarla eyni vaxtda İŞİD Mosulun Mahmur bölgəsi və Güvər nahiyəsinə də zərbələr endirib. Döyüşlərin davam etdiyi bildirilir.