REGİONLAR
İsmayıllı gəncləri Gəncədə törədilən erməni vəhşiliyindən bəhs edən “Pray for Ganja” adlı guşə hazırlayıblar VİDEO
İsmayıllı, 14 oktyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könüllüləri Gəncədə törədilən terror hadisələrindən bəhs edən guşə hazırlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənc könüllülər Gəncədə baş verən terror hadisələri və terror qurbanlarının fotolarını çap edərək guşəyə yerləşdiriblər. Guşədə “#StopArmenianAggression”, “#StopArmenianOccupation”, “#PrayforGanja”, “#KarabakhisAzerbaijan” həştəqləri də qeyd edilib. Məqsəd Gəncə hadisələrini rayon sakinlərinin və qonaqların diqqətinə çatdırmaqdır.
Gənc Könüllülər, habelə mülki əhaliyə qarşı törədilən terror hadisələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 4 dildə - Azərbaycan, rus, ingilis və fransız dillərində məlumatlar səsləndiriblər. Məlumatlar “#AzGF” “#GİKM” “#İsmayıllıGəncləri”, “#AzerbaijanArmy”, “#StopArmenianAggression”, “#StopArmenianOccupation”, “#PrayforGanja” və “#KarabakhisAzerbaijan” vasitəsilə yayımlanıb.