İQTİSADİYYAT
İsmayıllı rayonunda Belarus layihəsi üzrə çörək zavodu tikilir
Bakı, 27 mart (AZƏRTAC). İsmayıllı rayonunda Belarus layihəsi üzrə çörək zavodu tikilir.
AZƏRTAC Belarus KİV-lərinə istinadən xəbər verir ki, birgə layihələrin həyata keçirilməsi gedişi, o cümlədən İsmayıllı rayonunda qaçqınlar və məcburi köçkünlər üçün yaşayış qəsəbəsinin salınması, habelə Belarus layihəsi üzrə yaradılan çörək zavodunun tikintisi məsələləri Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçin bu rayona işgüzar səfəri zamanı müzakirə edilmişdir.
Eyni zamanda, rayonda aqrar şəhərciyin yaradılması üzrə birgə pilot layihənin həyata keçirilməsi, ağac tirlərin göndərilməsi və onlardan yaşayış evlərinin quraşdırılması perspektivləri müzakirə edilmişdir.