REGİONLAR
İsmayıllı üzümçüləri məhsul yığımını başa çatdırıblar
İsmayıllı, 13 noyabr, AZƏRTAC
İsmayıllı rayonunda üzüm yığımı başa çatıb, plantasiyalardan 2711 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda İsmayıllıda 1089 hektar üzüm bağı var. Bağların 958 hektarı bar verəndir. Plantasiyaların 349,2 hektarı süfrə, 739,8 hektarı isə texniki sortlardır. Əsasən “Sultanino”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Rislinq”, “Rkaşteli” və digər texniki sortlar yetişdirilir.
Builki mövsümdə yığılan üzümün 885 tonu süfrə, 1826 tonu isə texniki sort olub. Yığılan süfrə sortları yerli bazara çıxarılıb. Texniki sortlar isə “İsmayıllı şərab-1” üzüm emalı zavoduna və digər region müəssisələrinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]