DÜNYA
İspaniya elektromobillərə enerji yükləmə stansiyalarının sayına görə dünyada beşinci yerdədir
Madrid, 13 dekabr, AZƏRTAC
Hazırda İspaniyada elektromobillərə enerji yüklənməsi üçün 3856 stansiya mövcuddur. Bu siyahıda Fransa (6899 stansiya), Almaniya (5546 stansiya), Hollandiya (5225 stansiya) İspaniyanı geridə qoyublar.
AZƏRTAC xəbər verir ki, bu göstərici üzrə 17143 stansiya ilə Amerika Birləşmiş Ştatları şəksiz dünya lideridir.
İspaniya muxtariyyətləri arasında elektromobillərə enerji yükləmə məntəqələrinin sayına görə Kataloniya liderdir. Burada 939 məntəqə fəaliyyət göstərir. Bunlardan 641-i Barselonada yerləşir. İkinci yerdə Madrid (453 məntəqə), üçüncü yerdə isə Balear adaları (401 məntəqə) qərarlaşıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]