DÜNYA
İspaniya parlamentinin deputatları bir sıra imtiyazlardan imtina ediblər
Madrid, 13 yanvar, AZƏRTAC
İspaniya parlamentinin yeni seçilmiş üzvləri özlərinə aid olan bir sıra imtiyazlardan imtina ediblər. Bu məsələyə parlamentdəki fraksiyalar özünəməxsus şəkildə yanaşıblar.
“Podemos” (Bacararıq) partiyasının üzvləri hər deputata qanunla verilən, illik 3 min avroluq taksi kartından imtina ediblər. “Ciudadanos” (vətəndaşlar) partiyasından olan deputatlar isə dövlət büdcəsi hesabına internet və fraksiya rəhbəri üçün xidməti avtomobili artıq xərc hesab ediblər.
Maraqlıdır ki, parlamentin 1 nəfər PSOE (Sosialist Partiyası) deputatından başqa digər üzvləri onlara pulsuz təqdim olunan iPhone və iPad rəqəmsal cihazlarından imtina etməyiblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]