İSRAİL RƏHBƏRLİYİNİ YOXLAYACAQLAR
“Yediot Ahronot” qəzetinin yazdığına görə, təhqiqata başlanması haqqında əmr artıq imzalanmışdır. Müstəntiqlər materiallar və sənədlər, qoşunların idarə edilməsi, ordunun və əhalinin təchizatı, habelə arxada mülki müdafiənin təşkili ilə məşğul olmuş müxtəlif dövlət orqanlarının iclaslarının protokollarını toplayacaqlar.
Eyni zamanda, İsrailin Baş naziri Ehud Olmert Baş prokurora tapşırıq vermişdir ki, müvafiq təhqiqat aparılması üçün komissiya yaratsın.
İsrailin müdafiə ordusunda da yüksək rütbəli zabitlərin fəaliyyəti üzrə daxili təhqiqat aparılır. Müdafiə naziri Amir Peres bu barədə sərəncam vermişdir.
Baş naziri, müdafiə nazirini və Baş qərargahın rəisi Dan Halutsu “Hizbullah”a qarşı əməliyyatın lazımınca hazırlanmamasının və yarıtmaz keçirilməsinin əsas təqsirkarları sayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [21:52]
Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb
- 19.11.2026 [21:24]
Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək
- 19.11.2026 [20:52]
Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib
- 19.11.2026 [20:33]
Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir
- 19.11.2026 [20:25]
Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir
- 19.11.2026 [19:08]