DÜNYA
İsraildə terror hücumunun qurbanlarından ikisi Ukrayna vətəndaşıdır
Bakı, 30 mart, AZƏRTAC
Martın 29-da İsrailin Bney-Brak şəhərində terror hücumu nəticəsində ölənlərdən ikisi Ukrayna vətəndaşıdır.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Polis orqanlarının məlumatına əsasən, terror aktının qurbanı olan ukraynalılar 23 və 32 yaşlarında iki kişidir. Terrorçu ətrafdakı insanlara atəş açan zaman onlar ərzaq mağazasının qabağında olublar. Ölən ukraynalıların kimliyi barədə digər təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, terror aktı nəticəsində beş nəfər həyatını itirib. Terrorçu hadisə yerində zərərsizləşdirilib.
Bu, son bir həftə ərzində İsraildə baş verən üçüncü terror hücumudur. Həmin hücumlar ümumilikdə 11 nəfərin həlak olması ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]