SİYASƏT
İsrailin Azərbaycanda yeni təyin edilmiş səfiri avqustun sonunda Bakıya gələcəkdir
Bakı, 4 avqust (AZƏRTAC). İsrailin Azərbaycanda yeni təyin edilmiş səfiri avqustun sonunda Bakıya gələcəkdir.
İsrailin Bakıdakı səfirliyindən AzərTac-a bildirmişlər ki, bu ölkənin Azərbaycandakı indiki səfirini hazırda İsrail Xarici İşlər Nazirliyinin Birinci İqtisadi Departamentinin direktoru, Şimali və Cənubi Amerikaya, həmçinin Afrikaya kuratorluq edən Rafi Arpaz əvəz edəcəkdir.
İsrailin Azərbaycanda yeni təyin edilmiş səfiri iyirmi ildən artıqdır ki, diplomatik fəaliyyətlə məşğuldur. O, Vaşinqtonda, İsveçdə, İsveçrədə və Kot-d’İvuarda işləmişdir.