Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İstanbulda Dünya Azərbaycanlıları Konqresinın XIII qurultayı keçirilib

İstanbul, 18 aprel, AZƏRTAC

Aprelin 18-də İstanbulda Dünya Azərbaycanlıları Konqresinın (DAK) XIII qurultayı keçirilib.

Türk dünyasının müxtəlif bölgələrində şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla anılması, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayan qurultayda 25 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Polşa, Çexiya, İraqdan 152 nümayəndə və qonaq iştirak edib.

Qurultayda Türkiyənin hakim AKP və digər partiyalarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, QHT rəhbərləri, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, ziyalılar iştirak ediblər.

Əvvəlcə DAK-ın həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviz Nianın hesabat məruzələri dinlənilib.

Təşkilatın fəaliyyəti barədə məlumat verən məruzəçilər Avropa Parlamentinin əsassız “erməni soyqırımı” ilə bağlı qətnaməsini kəskin tənqid ediblər. Diqqətə çatdırılıb ki, XIX əsrin sonlarından başlayaraq terror və silahlı qiyamlarla Osmanlı dövlətində, o cümlədən indiki İran və Azərbaycan Respublikası ərazilərində müsəlman və türk əhaliyə qarşı amansız qırğınlar törədən ermənilər zaman-zaman öz cinayətlərini gizlətmək üçün havadarlarının dəstəyindən istifadə ediblər.

DAK-ın həmsədri Sabir Rüstəmxanlı deyib: “Yüz ildən bəri Qərb ölkələrinin Türkiyəyə təsir mexanizmi kimi istifadə etdikləri “erməni soyqırımı” iddiası bu gün öz pik nöqtəsinə çatıb. Həqiqətdən qorxan, tarixin əsl simasını görmək istəməyənlər Türkiyə ilə təzyiq və ultimatum dili ilə danışırlar. Demokratiyadan dəm vuran ölkələrin çoxunun siması belədir. Qurultay üçün biz İstanbulu ona görə seçdik ki, sözdə “erməni soyqırımı” şousu ərəfəsində Türkiyənin yanında olaq. Zatən, biz hər zaman bərabərik, lakin indi bu birliyə daha çox ehtiyac var. Çünki bir millətik. Eyni taleni yaşayırıq. Çirkab türkə atılırsa, onun bir hissəsi bizə yapışır. Çünki Xocalı soyqırımının səbəbi orada yaşayanların Azərbaycan türkü olması idi. Bu gün dünyanın Ermənistanın işğalçılığına göz yummasının, ona “Azərbaycanı tərk et” deyilməməsinin, münaqişənin guya həlli adı altında 25 ildən bəri dondurulmasının səbəbi də bizim türk olmağımızdır. Bu səbəbdən bizim birlikdən başqa çarəmiz yoxdur”.

Sabir Rüstəmxanlı deyib ki, dünya soyqırımı iddiasının yalan olduğunu bilir, lakin Türkiyənin “gəlin arxivlərimizi açaq, sənədləri araşdıraq” çağırışını eşitməzliyə vurur. Halbuki əsl soyqırımını ermənilər Azərbaycan türklərinə qarşı törədiblər. 1918-ci ildə Bakı, Şamaxı, Quba qırğınları törədildi, on minlərlə insan vəhşicəsinə öldürüldü. Təkcə Xocalı faciəsi erməni vəhşiliyinin sübutu üçün yetərlidir. Dünya Xocalı soyqırımını tanımalıdır və tanıyacaq.

Sonra təşkilati məsələlərə baxılıb. Sabir Rüstəmxanlı və Firudin Pərviz Nian yenidən Dünya Azərbaycanlıları Konqresinın həmsədrləri seçiliblər.

Qurultay uydurma “erməni soyqırımı” ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda saxta “erməni məsələsi” və uydurma “erməni soyqırımı” anlayışlarının siyasi gündəmə gətirilməsinə münasibət bildirilir. Qədim Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətinin təcavüzkar siyasətinə dair faktların yer aldığı bəyanatda Birinci Dünya müharibəsi dövründə ermənilərin Osmanlı dövlətinə qarşı silahlı cinayətlərindən, çoxsaylı xəyanətlərindən bəhs edilir. Qeyd olunur ki, bütün bu həqiqətlər avropalı tarixçilərə yaxşı məlumdur. Lakin siyasi maraqlardan ortaya çıxan ikili standartlar nəticəsində saxta “erməni soyqırımı” mövzusu ilə Türkiyəyə qarşı təzyiqlər davam etdirilir. Bəyanatda, həmçinin Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barədə həqiqətlər xatırlanır.

Dünya Azərbaycanlıları Konqresi bəyan edir ki, saxta “erməni soyqırımı” mövzusu adı altında Avropada qəbul olunan siyasi qərarlara qarşı sərt mübarizəyə keçəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər