DÜNYA
İsveçrə Aİ-dən olan əmək miqrantları üçün kvotalar tətbiq etmişdir
Bakı, 1 iyun (AZƏRTAC). İsveçrədə işləmək hüququ əldə edən Avropa İttifaqı vətəndaşlarının sayı üzərində kvotalar tətbiq edilmişdir.
Bu barədə BBC xəbər verir.
İsveçrə Aİ-yə daxil deyildir, lakin Brüssel ilə Avropada yerdəyişmə azadlığını təmin edən bir sıra sazişlər imzalamışdır.
İndi İsveçrə hökuməti bildirir ki, ölkəyə mühacirət hədsiz dərəcədə yüksək səviyyəyə çatmışdır və yaxın ildə Avropa İttifaqının vətəndaşlarına işləmək üçün verilən icazələrin sayı məhdudlaşdırılacaqdır.
Öz tərəfindən, Brüssel də bildirir ki, bu tədbir ikitərəfli münasibətlərə ciddi ziyan vura bilər.
İsveçrədə işsizliyin səviyyəsi 3 faizdir.
Miqrantlar ölkənin bütün işçi qüvvəsinin təqribən 25 faizini təşkil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]
Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub
- 06.05.2024 [12:41]
Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq
- 06.05.2024 [12:20]
Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir
- 06.05.2024 [12:18]