DÜNYA
İtaliyada avtonom avtomobil sınaq sürüşlərinə başlayıb
Roma, 14 avqust, AZƏRTAC
İtaliyada avtonom rejimdə idarə olunan 14 sərnişin tutumlu avtomobil sınaq sürüşlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Turin şəhərində keçirilən sınaqlar uğurlu olarsa, avtomobil 2 kilometrlik xətt üzrə sərnişin daşıyacaq. Elektriklə işləyən sürücüsüz avtomobilin uzunluğu 5 metr, eni isə 2 metrdir. Nəqliyyat vasitəsi saatda 25 kilometr sürətə çata bilir, 9 saata qədər işləyir.
Fransa şirkəti tərəfindən istehsal olunan avtomobil şəhər nəqliyyatında istifadə ediləcək. Nəqliyyat vasitəsi sensorları və peyk əsaslı naviqasiya sistemi sayəsində maneələri, digər avtomobilləri və piyadaları aşkar edə bilir. Avtomobil oktyabr ayına qədər sərnişinsiz sınaqdan keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]