SİYASƏT
İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ CAN LUİCİ MAŞANIN FƏALİYYƏT MÜDDƏTİ BAŞA ÇATMIŞDIR
Bakı, 8 sentyabr (AZƏRTAC). Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sentyabrın 8-də nazir Elmar Məmmədyarov Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İtaliyanın səfiri Can Luici Maşa ilə görüşmüşdür.
Səfir ölkəmizdə işlədiyi dövrdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini, xüsusilə də XİN-lə faydalı əməkdaşlıq etdiyini demişdir.
Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan C.Luici Maşa fəaliyyəti zamanı göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirmişdir.
Nazir E.Məmmədyarov səfirə xoş arzularını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.