İDMAN
Azərbaycan Premyer Liqası: "Zirə" doğma meydanda "Araz-Naxçıvan"a məğlub olub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.
Bu nəticədən sonra "Zirə" 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. "Araz-Naxçıvan" isə 35 xalla səkkizinci yerə yüksəlib.
Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [18:04]
“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub
- 17.05.2024 [17:34]
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
- 17.05.2024 [15:56]
“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb
- 17.05.2024 [15:18]
Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər
- 17.05.2024 [14:54]