İQTİSADİYYAT
İtaliyanın “CMC” şirkəti Azərbaycana əməkdaşlıq təklif edir
Bakı, 29 noyabr (AZƏRTAC). İtaliyanın “CMC” şirkətinin nümayəndəsi Azərbaycan şirkətləri ilə nəqliyyat infrastrukturu (şose, dəmiryol, metro, tunel, körpü və s.), energetika layihələri (SES-lər), su təsərrüfatı obyektləri (dambalar, tunellər, çirkab suların təmizlənməsi üzrə iri sistemlər), sahil mühafizəsi və liman işləri kimi tikinti infrastrukturu layihələrində əməkdaşlıq etmək niyyətindədir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirmişlər ki, maraq göstəriləcəyi təqdirdə şirkətin nümayəndələri Azərbaycana səfər edərək aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq imkanlarını müzakirə etməyə hazırdır.
“CMC” İtaliyanın 6-cı böyük inşaat şirkətidir.