İQTİSADİYYAT
İtaliyanın “Globalist” xəbər saytında TAP layihəsinin əhəmiyyəti ilə bağlı yazı yerləşdirilmişdir
Roma, 16 may (AZƏRTAC). İtaliyanın “Globalist” xəbər saytında “Trans-Adriatik” (TAP) layihəsinin əhəmiyyəti ilə bağlı növbəti yazı yerləşdirilmişdir.
Yazıda qeyd olunur ki, Avropa İttifaqı (Aİ) Azərbaycan qazını Avropaya çatdıracaq ən önəmli layihə kimi TAP-ı yüksək qiymətləndirir. Cari ilin mayında Aİ-nin enerji nazirlərinin Romada keçirilən toplantısında bu layihənin önəmi bir daha diqqətə çatdırılmışdır.
Bildirilir ki, TAP boru kəmərinin inşasının 2019-cu ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Ötən ilin dekabrında Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumu və “Şahdəniz-2” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalanmışdır. Bu sənədlər “Cənub dəhlizi”nin reallaşması çərçivəsində həyata keçiriləcək Trans-Anadolu (TANAP), TAP və İon-Adriatik qaz kəməri (İAP) layihələri üçün təməl daşı rolunu oynayır.
Yazıda həmin layihələrin texniki göstəriciləri, iqtisadi səmərəsi və iştirakçıları ilə bağlı ətraflı məlumat da verilir.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.globalist.it/Detail_News_Display?ID=58031&typeb=0
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma