İQTİSADİYYAT
İyulda sərnişindaşıma və yükdaşıma xidmətlərinin qiymətləri 2,5 faiz ucuzlaşıb
Bakı, 19 avqust, AZƏRTAC
Cari ilin iyul ayında nəqliyyat xidmətlərinin qiymətləri, o cümlədən sərnişindaşıma və yükdaşıma xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 2,5 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.