Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Jalə Əliyeva: Ötən həftənin Şuşa, Füzuli və Sumqayıt zəfərləri

Jalə Əliyeva: Ötən həftənin Şuşa, Füzuli və Sumqayıt zəfərləri

Bakı, 10 sentyabr, AZƏRTAC

Dünyamız yenə ziddiyyətlərlə, qarşıdurmalarla, təbədüllatlarla doludur. Yenə də günahsız insanların qanlı göz yaşları axıdılmaqda, ölümlər-itimlər yaşanmaqdadır. Dünyamız yenə böyük və cavabı mübhəm, qaranlıq olan imtahandan keçməkdədir. Ancaq bütün bu qarmaqarışıqların fonunda xalqımız, dövlətimiz, qalib və müzəffər Azərbaycanımız özünü möhkəm şəkildə qorumaqda, gələcək inkişafına doğru inamla və qətiyyətlə irəlilələməkdə, 44 günlük tarixi Zəfərinin davamını yaşatmaqda, hər gün kərpic üstünə bir kərpic qoymaqdadır. Son on gündə yaşadıqlarmız bunun əyani təsdiqidir.

Bunu AZƏRTAC-a açıqlamasında Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva söyləyib.

Deputat qeyd edib ki, ötən on günün ilk hadisəsi Şuşanın şuşalı günləri, növbəti Şuşa Zəfəri oldu. Düz on gün əvvəl Azərbaycanımızın, Qarabağımızın göz bəbəyi, dilbər guşəsi olan Şuşa yenidən əvvəlki axarlı-baxarlı ab-havasına, əsl şuşalı günlərinə qayıtdı. 8 noyabr Zəfərindən - Şuşanın fəthindən sonra bu şəhər yeni - növbəti Qələbəsini toy-bayram etdi və bunu da bütün dünyaya şəstlə nümayiş etdirdi. Bir daha hər kəsə Azərbaycanın, Qarabağın olduğunu, ondan ayrılmazlığını ortaya qoydu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyeva növbəti səfərləri ilə Şuşamıza yenidən can verdilər. Azərbaycan qədər böyük imza sahiblərinin - Molla Pənah Vaqifin, dahi Üzeyir bəyin və Bülbülün heykəllərinin, bərpadan sonra ev-muzeylərinin, muzey-məqbərə komplekslərinin, “Qarabağ” hotelinin, “Qala və Konsert Mərkəzi”nin açılışları oldu, Şuşanın baş planı ilə tanışlıq baş verdi, şəhərin ilk yaşayış məhəlləsinin təməli qoyuldu. Ürəkləri coşduran məqamlardan biri isə təxminən 30-33 illik fasilədən sonra Vaqif Poeziya Günlərinin rəsmi açılışı keçirildi. Həmin anların, həmin tarixi, sözlə ifadəsi mümkün olmayan məqamların canlı şahidi və iştirakçısı kimi özümü dünyanın ən xoşbəxt, ən bəxtəvər insanlarından biri hesab edirəm. Çünki Şuşa zəfərindən, uzun illərin ayrılığından sonra ilk dəfə idi Şuşamda, qibləgahımda idim. Bəli, Şuşa bizim qibləgahımız, ziyarətgahımız, Ali Baş Komandanımızın dediyi kimi, baş tacımızdır.

“Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır”. Bu tarixi sözləri Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışı zamanı nitqində dedi. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

Noyabrın 8-də də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən ölkə Prezidenti sevinc göz yaşları içində demişdi ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Bəli, bu, həqiqətdir, bu, gerçəklikdir və biz artıq azad Şuşada yığışmışıq, biz Şuşaya qayıtmışıq.

Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir.

Biz Şuşanı dirçəldəcəyik və biz Şuşanı dirçəldirik.

Dirçəlişin mübarək, əziz Şuşa!

İkinci hadisə Prezidentin Sumqayıt şəhərinə növbəti səfəri oldu. Bu səfər zamanı təkcə Sumqayıtımızın deyil, bütövlükdə ölkəmizin inkişafına təkan verəcək addımların atılmasının şahidi olduq.

Deməliyəm ki, keçmiş sovetlər birliyinin, onun başsız başbilənlərinin, mənfur qonşularımızın təsiri altında olanların məqsədyönlü siyasəti nəticəsində, yəni, keçmiş imperiyanın süqutu ərəfəsində, 1980-ci illərin sonlarında Sumqayıt az qala “ölü şəhər”ə çevrilmişdi. Bu şəhərdəki kimya zavodları, sənaye müəssisələri şəhərin ekologiyasını, insanların həyatını, yaşayışını, sağlamlığını zəhərə döndərmiş, sual altına qoymuşdu. Yalnız Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra - 1990-cı illərin ortalarından Sumqayıtla ciddi maraqlanması nəticəsində ölkəmizin üçüncü sənaye şəhəri Sumqayıt və sumqayıtlılar, necə deyərlər, fəlakətin eşiyindən döndülər.

1970-ci illərdə Ulu Öndərin birinci hakimiyyəti dönəmində əsl inkişaf, intibah dövrünü yaşayan Sumqayıta yenə Ümummilli Liderimiz sayəsində ikinci nəfəs verildi, şəhər yenidən canlandırıldı.

Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin hakimiyyətə gəlişi, 18 illik tarixi missiyası ilə Sumqayıt ikinci inkişafını yaşamaqdadır. Bir zamanların ekoloji cəhətdən ən çirkli şəhəri bu gün Azərbaycanın ən səfalı guşələrindən birinə çevrilməkdə, ölkənin əsas sənaye mərkəzi funksiyasını uğurla yerinə yetirməkdədir. Məşhur bir mahnıda da deyildiyi kimi: “Xarüqələr yaradır, el Sumqayıtda”.

Sumqayıtda, eləcə də ölkəmizin digər bölgələrində görülən işlər yürüdülən siyasətin əsasını təşkil edən Azərbaycan vətəndaşı naminə, Azərbaycanın inkişafı, parlaq gələcəyi üçündür.

Digər əlamətdar hadisə isə Qarabağın hava qapısı - Füzuli Hava Limanına ilk eniş oldu. Məlum olduğu kimi, sonuncu tarixi Şuşa səfəri zamanı ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin işğaldan azad olunmuş Füzulidə dayanmış və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olmuşdular.

Prezident İlham Əliyev “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa” deyərək qürurla və iftixar hissi ilə bəyan etmişdi ki, bu aeroport Qarabağın hava qapısıdır.

Füzuli Hava Limanında görülən işlərlə tanışlıqdan cəmi 6 gün sonra daha bir tarixi an yaşandı. Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etdi. Bununla da Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verildi. Füzulini, bütün Qarabağı, işğaldan azad olunmuş yurd yerlərimiz bizə daha da yaxınlaşdı.

Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının, Zəngilanın, Ağdamın, Laçının, Kəlbəcərin... əsl sahibləri, bu torpaqların, əzəli və əbədi yurd yerlərinin əsl yiyələri bizik. Kimsə bir daha bu torpaqları bizlərdən ala bilməz. Biz qayıtdıq, biz əbədi qayıtdıq və biz əbədi qalacağıq!

Yaşa, yarat, Zəfərlər üzərinə Zəfərlər qazan, can Azərbaycan!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir