Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Jara-2017”: musiqinin, dostluğun, sevginin təntənəsi

Bakıda keçirilən möhtəşəm musiqi festivalı xoş məramı, iştirakçı kontingenti, zəngin proqramı, yüksək səviyyədə təşkili ilə fərqlənirdi

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 27-dən 30-dək Bakıda - Xəzərin qumlu sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi oldu. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izlədi. Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Alessandro Safina, Qriqori Leps, Polad Bülbüloğlu, Lev Leşşenko, Vladimir Vinokur, Valeri Meladze, Filip Kirkorov, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digər tanınmış estrada ulduzlarının iştirak etdiyi bu möhtəşəm musiqi bayramı artıq tarixə çevrildi.

Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika...

Hərarətli musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək, həm festival iştirakçılarına, həm də tamaşaçılara dörd gün ərzində unudulmaz anlar yaşatdı. “Jara” bu isti iyul günlərində paytaxtımızın mədəni həyatına özünəməxsus hərarət gətirdi: Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika, xoş ovqat... Festival iştirakçılarının dilində bu sözlər tez-tez səslənirdi.

“Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov: Qonaqpərvərlik, füsunkar təbiət, xoş əhval-ruhiyyə “Jara”ya xüsusi hərarət gətirir.

Vladimir Vinokur: Bakı dünyanın ən hərarətli şəhəridir. Rusiyanın soyuq havası məni bezdirdi. Buna görə də Bakıya, dünyanın ən hərarətli şəhərinə gəldim.

Timur Rodrigez: Günlər günəşli keçir, əsl dəniz havasıdır. Səhnə olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. “Jara” isə isti Bakı havasına əlavə hərarət gətirir.

Alla Puqaçova: Gözəl ölkədə gözəl festival

Sofiya Rotaru: Mən bu yubiley gecəsini heç vaxt unutmayacağam.

Alla Puqaçova: Gözəl ölkədə gözəl festival.

Qriqori Leps: Bu möhtəşəm festivala görə çox sağ ol, Bakı.

Bu üç qısa cümlə “Jara-2017” çərçivəsində yaradıcılıq gecələri keçirilən dünya şöhrətli müğənnilərin Bakıya və festivala verdikləri yığcam qiymətdir.

“Jara”da hərarət gündən-günə artırdı. Əvvəlcə Sofiya Rotaru, sonra Alla Puqaçova və Qriqori Leps gecələri... Bənzərsiz ifalar, sürpriz duetlər, yeni aranjimanlar, maraqlı performanslar, hərarətli alqışlar...

Bakıya ən çox sevilən mahnıları ilə gələn Sofiya Rotaru yubiley gecəsinin Bakıda, bu qonaqpərvər, günəşli şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirdi. Onun bacısı Aureliya Rotaru ilə birlikdə oxuduğu “Melanxoliye”, EMİN ilə ifa etdiyi “Lavanda” mahnıları tamaşaçıları ötən illərə qaytardı. Qlyukoza, Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Аlekseyev, Ani Lorak, Artik & Asti, Slava, İrina Dubtsova, Jasmin, Timur Rodrigez, Svetlana Loboda, Lev Leşşenko onun repertuarından digər sevilən mahnıları səsləndirdilər. Hər ifa, hər mahnı coşqu ilə qarşılanır, müsbət emosiyalar aşıb-daşırdı.

“Jara”nın səbirsizliklə gözlənilən anlarından biri də Alla Puqaçovanın gecəsi idi. Primadonna Bakıya qədəm qoyarkən hələ Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində demişdi ki, yetmiş illik yubileyi ərəfəsində solo konsert hazırlamaq planı var və onu hər yerdə təqdim etmək fikrində deyil, lakin Bakıda hökmən oxuyacaq. Bu, əlbəttə, böyük müğənninin Azərbaycana hörmətinin ifadəsidir. O, son vaxtlar qastrollara nadir hallarda gedir, təyyarəyə minmir. Amma deyir ki, Bakıya gəlmək üçün özündə güc tapıb.

“Jara”nın Alla Puqaçova gecəsi də gözəl və sürpriz ifalarla zəngin oldu. Parlaq estrada ulduzları - Maksim Qalkin, Vladimir Vinokur, Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Stas Mixaylov, Dima Bilan, Valeri Meladze, Qlyukoza, Layma Vaykule, Aleksandr Panayatov, Emiliya Yaqubova və başqaları Alla Puqaçovanın mahnılarını həmin gecə xüsusi şövqlə səsləndirdilər. “Sea Breeze” istirahət mərkəzindəki ab-hava, yüksək musiqi duyumuna malik auditoriya onları sanki vəcdə gətirmişdi. İfaçılar sonradan jurnalistlərə müsahibələrində bu məqamı xüsusi vurğulayırdılar.

Nəhayət, Qriqori Lepsin yaradıcılıq gecəsi... Onu cəsarətlə “Jara”nın zirvəsi, kulminasiyası adlandırmaq olar: həmin gecə bir-birindən gözəl 50-dən çox ifa, duet səsləndi, konsert məkanına toplaşmış minlərlə tamaşaçı bənzərsiz, bəlkə də heç yerdə görmədikləri performansların şahidi oldu. Bu ifalar Rusiya estradasında Qriqori Leps məktəbini parlaq şəkildə təcəssüm etdirirdi. Yorulmaz Leps, demək olar, səhnədən çıxmır, sanki bu konsertə ürəyini qoyurdu. O, eləcə də Vaxtanq Kikabidze, Stas Mixaylov, Aleksandr Marşal, Soso Pavliaşvili, Diana Arbenina, Dima Bilan, Vladimir Presnyakov, EMİN, Valeri Meladze, Sergey Lazarev, Nərgiz, IOWA və MBAND qrupları gecədən xeyli keçənədək oxudular.

Leyla Əliyeva “Jara-2017”nin fəxri qonaqları sırasında

Festival çərçivəsində keçirilən yaradıcılıq gecələrinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın olması “Jara”ya xüsusi ab-hava gətirmişdi. Aparıcı ona belə bir sualla müraciət etdi: “İnsanlar sadəcə heyrət içərisindədirlər. Bütün artistlər deyirlər ki, burada özlərini evlərindəki kimi hiss edirlər. Siz buna necə nail olursunuz?”. Leyla xanım sualı belə cavablandırdı: “Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada iştirak edən hər kəsə görə çox gözəldir”.

Doğrudan da, “Jara”nın hər günü gözəl keçdi. O, əsl musiqi bayramına, dostluğun, sevginin təntənəsinə çevrildi. Əlbəttə, festivalın özəlliyi təkcə bununla bitmir.

Azərbaycan-Rusiya dostluğuna dəyərli töhfə

Hazırda çoxsaylı yay musiqi festivalları keçirilir. Lakin əminliklə demək olar ki, “Jara” musiqi aləmində əlamətdar hadisəyə çevrilməkdədir. Bu, strateji tərəfdaşlar olan Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, humanitar əlaqələrin genişlənməsinə töhfə verir. Musiqi bayramının ölkəmizin iqtisadi həyatı üçün də xüsusi önəmi var. Səkkiz yüzdən çox musiqiçinin qatıldığı möhtəşəm festivalı izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmizdə turizm üçün yaradılmış şəraitlə də yaxından tanış olur, paytaxtımızın və regionlarımızın inkişafını öz gözləri ilə görürlər. Bu da Azərbaycan həqiqətlərinin və ölkəmizin turizm potensialının təbliği baxımından olduqca faydalıdır.

“Jara”nın təşkilatçıları deyirdilər: “Əlbəttə, dövlət səviyyəsində kömək olmadan bu miqyasda musiqi tədbirini təşkil etmək mümkün deyil”. Onlar göstərilən yüksək diqqətə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildirirdilər.

Bu festival musiqi və mədəniyyət bayramı olmaqla yanaşı, digər mühüm bir məqamı da nümayiş etdirirdi. “Jara” həm də Azərbaycanla Rusiya arasında son illər bütün sahələrdə dinamik inkişaf edən, o cümlədən humanitar sahədə genişlənən münasibətlərin göstəricisi kimi xarakterizə oluna bilər. Rusiyanın məşhur “ulduzları” Azərbaycana sevgilərini bu sözlərlə ifadə edirdilər.

İosif Priqojin: “Jara” festivalı Rusiya ilə Azərbaycan arasında mədəni körpüdür. Bu, iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından çox vacibdir. Musiqi insanları birləşdirir.

Qriqori Leps: “Jara” Azərbaycanın yüksək səviyyəli qonaqpərvərliyinin tərənnümüdür. Festival xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərlərə məşhur ulduzlarla yaxından təmas qurmaq imkanı yaradır. Xəzərin sahilində təşkil edilən festival üçün hər kəsə təşəkkür edirəm. Böyük rəğbətlə qarşılanan “Jara” festivalı həm də Azərbaycan-Rusiya humanitar əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

Vera Brejneva: Bu layihə müxtəlif millətlərə mənsub insanları bir yerə, bir auditoriyaya toplayır. Deməliyəm ki, Azərbaycan musiqisi çox güclü və emosional təsirə malikdir. Bakı tamaşaçısının böyük marağını, isti münasibətini də xüsusi qeyd etmək istərdim. Bu, əslində musiqinin təntənəsidir.

Qlyukoza: “Jara” Azərbaycan-Rusiya dostluğunun tərənnümüdür, əsl musiqi bayramıdır. “Jara” bu günədək iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi ilə seçilir. Musiqi sərhəd tanımır. Biz öz ifamızla insanları dostluğa, sülhə səsləyirik.

Vurğulamaq yerinə düşər ki, festival Azərbaycan həqiqətlərinin, ölkəmizin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.

Hamı Bakıya gəlmək istəyir

Son illər Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, sorağı bütün dünyaya yayılan tolerantlıq mühiti ölkəmizə marağı daha da artırır. Azərbaycana gələn turistlər, çoxsaylı qonaqlar bütün bunları xüsusi qeyd edirlər. “Jara” festivalının iştirakçıları da eyni fikirdədir:

Potap və Nastya: Bakıda özümüzü doğma evimizdəki kimi hiss edirik. Ümidvarıq ki, festival gələn il də keçiriləcək və biz qonaqpərvər Bakı sakinləri ilə yenidən görüşəcəyik. “Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Bizim də arzumuz odur ki, dostluq, qardaşlıq zəfər çalsın.

Anita Tsoy: “Bakını çox sevirəm. Ailəm də buradadır, artıq Xəzərin sahilində dincəlir. Ötənilki qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

Oleq Qazmanov: “Heydər Əliyev Beynəlxalq Aeroportuna qədəm qoyduğumuz andan isti və səmimi münasibətlə qarşılaşdıq. Əgər Bakı bizi sevirsə, biz niyə bu şəhəri, bu mehriban insanları sevməyək? Buradakı hər bir konsertim yaddaşımda unudulmaz anları ilə qalıb. Azərbaycan xalqı musiqini sevir və qiymətləndirir”.

Kristina Orbakayte: Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı ilə məni təəccübləndirir. Məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzi arxitekturası ilə bütün dünyaya səs salıb. Mən də oğlumla gedib baxmaq istəyirəm. Bakıda görməli yerlər çoxdur. Bu dəfə şəhəri başdan-başa gəzmək fikrindəyəm.

Gələn il görüşənədək...

Beləliklə, tamaşaçılar yayın qızmar, bir qədər də küləkli dörd günündə, sözün əsl mənasında, “Jara” hərarətini yaşadılar. Builki festival onu da göstərdi ki, “Jara” təkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən musiqi həvəskarlarında da böyük maraq oyadıb.

Festivalın sonuncu günü təşkilatçılar - müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikov indidən hər kəsi gələn il keçiriləcək festivala dəvət etdilər.

“Jara-2017” Azərbaycan Dövlət Televiziyasında və Rusiyanın Birinci kanalında yayımlanacaq, 150 milyon televiziya tamaşaçısına da unudulmaz anlar yaşadacaq.

EMİNin dediyi kimi, “Jara” artıq böyük musiqi platformasına çevrilib. Hər kəs bu bayramın bitməməsini, davam etməsini istəyir, çünki bu hisslər heç nə ilə müqayisə oluna bilməz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY