Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KANADANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB JAN KRETYENƏ

Hörmətli cənab Baş nazir,

Kanadanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin