KANADANIN GENERAL-QUBERNATORU ZATİ-ALİLƏRİ XANIM ADRİYENN KLARKSONA
Hörmətli xanım General-qubernator,
Kanadanın milli bayramı münasibətilə Sizi və bütün Kanada xalqını ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunam. Ümidvaram ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2002-ci il