MƏDƏNİYYƏT
“Karmen” operası növbəti dəfə nümayiş olunacaq
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 1-də baş tutacaq tamaşada Xoze partiyasını ifa etmək üçün Ukrayna Milli Opera Teatrının aparıcı solisti, Ukraynanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Andrey Romanenkonu teatra dəvət edilib. Karmen rolunu istedadlı gənc vokalçı Çinarə Şirin ifa edəcək. Səhnə əsərində, həmçinin teatrın solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar artistlər İnarə Babayeva (Mikaella), Gülnaz İsmayılova(Fraskita), Anton Ferştandt (Eskamilio) və başqaları çıxış edəcəklər. Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]