SİYASƏT
Kəlbəcərin erməni vandalizminə məruz qalması İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərində geniş işıqlandırılıb
Madrid, 18 noyabr, AZƏRTAC
İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərinin elektron versiyalarında yerləşdirilmiş videolarda Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonunun erməni vandalizminin daha bir nümunəsinə şahidlik etdiyi qeyd olunur (https://www.youtube.com/watch?v=0bHsMVBSJJE).
AZƏRTAC xəbər verir ki, Kəlbəcər rayonunda qanunsuz olaraq məskunlaşmış erməni əhalisi rayonu vandalizm aktları törədərək boşaldırlar. Videolarda əhalinin özləri ilə apara bilmədiyi əşyaları, yaşayış evlərini, məktəbləri yandırması öz təsdiqini bir daha tapır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:27]
Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir
- 30.04.2024 [16:51]