CƏMİYYƏT
“Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsi Ağsu rayonunda yekunlaşıb
Bakı, 13 iyun, AZƏRTAC
“Kənd icmalarında gənclərlə birlikdə sülh və mədəni müxtəliflik naminə maarifləndirmə” layihəsi çərçivəsində Ağsu rayonunda son təlim keçirilib və bununla da layihə yekunlaşıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Zaqatala və Ağsu rayonlarının hər birindən 15 nəfər gənc olmaqla vasitəçilik, düzgün ünsiyyətin qurulması, mədəniyyətlərarası dialoq kimi mövzularda maarifləndirici təlimlər təşkil olunub.
Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ARGTMŞ-nın “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilib.