KƏNDİN PROBLEMLƏRİNƏ DİQQƏT ARTIRILIR
Kürdəmir rayonunun ən böyük Xırdapay kəndinin içməli və təsərrüfat suyu ilə təminatında yaranmış ciddi çətinliklər yerli bələdiyyə tərəfindən həll olunmuşdur. Belə ki, 4,7 milyon manat vəsait xərcləyərək, kəndə 10 kilometr məsafədən su çəkilmişdir.
Uzun illər baxımsız qalan və uçub dağılmış kənd klubu əsaslı təmir olunmuş, rayon icra hakimiyyətinin köməyi ilə yeni avadanlıqla təchiz edilmiş, müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Bu il 15 milyon manat vəsait hesabına yeddi kilometr kənd yoluna çınqıl döşənmiş, məktəbin təmirinə 2,5 milyon manat pul ayrılmışdır. Əlil və kimsəsizlərə 4,3 milyon manat və ərzaq yardımı göstərilmişdir.
Xırdapay bələdiyyəsinin sədri Arif Şirinov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, kəndin bütün qayğıları mərhələ-mərhələ həll ediləcəkdir.