DÜNYA
Kim daha çox yaşayır: qadınlar, yoxsa kişilər?
Bakı, 16 mart (AZƏRTAC). Avropada kişilər qadınlardan az yaşayır. Bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının hesabatında yer almışdır. Hesabat dünyanın 53 ölkəsindən 9 milyon insana dair araşdırmanı əhatə edir.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, cinslər arasında ömür fərqi orta hesabla 7,5 ildir. Burada hesab heç də kişilərin xeyrinə deyildir. Məsələn, 2010-cu ildə Avropada qadınlar orta hesabla 80 il, kişilər isə 72,5 il yaşayırdılar. Alimlər fərqi həyat tərzi və iş şəraiti ilə izah etmişlər.
Ekspertlərin sözlərinə görə, qadınlarla kişilərin ömür göstəriciləri arasında fərq daha çox Belarus, Estoniya, Qazaxıstan, Litva, Monteneqro, Rusiya və Ukraynada, ən az isə İsrail, İslandiya, Hollandiya, İsveç və Britaniyadadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]