ELM VƏ TƏHSİL
Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 6 yanvar, AZƏRTAC
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasının əməkdaşları Gülnarə Əhmədova, Rəvan Rəhimov, Aygül Əbilova, Xuraman Hüseynova, Bakı Mühəndislik Universitetinin əməkdaşı Elmar İmanov və rusiyalı alim Fyodor Zubkovun həmmüəllifi olduğu “Kation-aktiv SAM-ların baş qrupunun və anion tipli polielektrolitlərin ionogen qruplarının quruluşunun əks yüklü polimer-SAM komplekslərinə təsiri” adlı məqalə beynəlxalq jurnalda dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, “Elsevier” bazasında indeksləşən nüfuzlu “Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects” jurnalında işıq üzü görən məqalə mərhum kimyaçı alim Ziyafəddin Əsədovun xatirəsinə həsr olunub.