İDMAN
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Xorvatiya, Hollandiya və Bosniya və Herseqovina yığmaları ilə qarşılaşacaqdır
Bakı, 29 mart (AZƏRTAC). Kişi voleybolçulardan ibarət dünya çempionatında Azərbaycan millisinin də mübarizə aparacağı birinci seçmə qrup mərhələsinin oyunlarının təqvimi müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək görüşlər mayın 24-də başlanacaqdır. Millimiz ilk oyununu Xorvatiya yığmasına qarşı keçirəcəkdir. Mayın 25-də voleybolçularımız Hollandiya, bir gün sonra isə Bosniya və Herseqovina komandaları ilə qarşılaşacaqlar.
Bu mərhələdə aşağı reytinqli komandalar mübarizə aparacaqlar. Reqlamentə görə, 7 qrupun qalibləri birbaşa üçüncü mərhələyə yüksələcəklər. İkinci yeri tutan kollektivlər oktyabrın 2-6-da keçiriləcək II mərhələdə daha 1 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Üçüncü mərhələdə bu 8 komandaya Avropa Voleybol Konfederasiyasının (CEV) reytinqinə görə ən yüksək yerə sahib 12 yığma da qoşulacaqdır.
Üçüncü mərhələdə 20 milli komanda mübarizə aparacaqdır.