MƏDƏNİYYƏT


“#kitabxanaçıtövsiyəedir” rubrikasında oxucular Bu dəfə Voyniçin “Ovod” romanı haqqında məlumatlandırılıblar

Bakı, 6 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının “#kitabxanaçıtövsiyəedir” rubrikası davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana mütəmadi olaraq öz oxucularını dünya ədəbiyyatı incilərindən olan əsərlər haqqında məlumatlandırır. Bu dəfə kitabxana E.L.Voyniçin yaradıcılığına, onun “Ovod” romanına müraciət edib.

Qeyd edək ki, əsərdə əhvalatlar gənclər hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar başına gələn faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu din, məyusluq, inqilab, romantika və qəhrəmanlıq əsəridir. “Ovod” romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.