Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Kiyev Milli Linqvistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə layiqli töhfədir

Bakı, 29 mart (AZƏRTAC). Dünyanın nüfuzlu mədəniyyət mərkəzləri və ali təhsil ocaqları ilə səmərəli əməkdaşlıq Bakı Slavyan Universitetinin (BSU) fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Universitetin ölkə hüdudlarından kənarda apardığı işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliği dayanır. 

Azərbaycanşünaslıq ixtisası üzrə kadr hazırlığı istiqamətində böyük təcrübə toplamış BSU tərəfindən dilimizi və mədəniyyətimizi təbliğ etmək məqsədilə müxtəlif ölkələrin universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılması və onların fəaliyyətinin təmin edilməsi istiqamətində böyük işlər həyata keçirilir. Bu gün Rusiyanın Moskva Dövlət Linqvistik Universiteti, Belarusun Maksim Tank adına Dövlət Pedaqoji Universiteti və Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzləri fəaliyyət göstərir.

Bu mərkəzlərdə müntəzəm olaraq məşğələlər keçirilir, tələbələr üçün vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, tanınmış ziyalıları və ictimai xadimləri ilə görüşlər. Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr təşkil olunur, milli və dövlət bayramları, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd edilir. Bu mərkəzlərin yaradılması yalnız universitetlərarası əlaqələrin inkişafı üçün deyil, həm də ölkələrarası siyasi, tarixi, mədəni-kulturoloji və elmi əlaqələrin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

BSU-dan AZƏRTAC-a bildirmişlər ki, belə mərkəzlərin sırasına daha biri də əlavə olunmuşdur. Hələ 2010-cu ilin oktyabrında BSU ilə Ukraynanın Kiyev Milli Linqvistik Universiteti (KMLU) arasında uzunmüddətli əməkdaşlıq haqqında imzalanmış müqaviləyə əsasən, universitetlərarası tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkili, birgə elmi əsərlər məcmuələrinin və elmi-metodik vəsaitlərin hazırlanması və ən əsası KMLU-da Azərbaycan dilinin tədrisi və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması barədə mühüm razılaşma əldə edilmişdir.

Artıq KMLU-da müvafiq mərkəzin açılması ilə bağlı hazırlıq işləri sona çatdırılmış və mərkəz Azərbaycanın ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təchiz olunmuşdur. BSU bu mərkəzi yalnız metodik vəsaitlərlə təmin etməklə kifayətlənməmişdir. Burada müasir texniki avadanlıq quraşdırılmış, xüsusi kitabxana fondu yaradılmış, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət-ənənələrini əks etdirən eksponatlar yerləşdirilmişdir.

Azərbaycanşünaslıq ixtisası istiqamətində Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin tədrisi məqsədilə filologiya elmləri doktoru, BSU-nun professoru Rafiq Novruzov KMLU-ya ezam edilmişdir.

Martın 29-da Azərbaycan xalqının ümummilli liderin anadan olmasının 90 illik yubileyi ərəfəsində KMLU-da Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılışı olmuşdur.

Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin təmsilçiləri, BSU-nun və KMLU-nun rektorları, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri, Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa üzrə nümayəndəliyinin başçısı, KMLU-nun tələbələri və Kiyevin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Mərasimi giriş sözü ilə KMLU-nun rektoru, professor Roman Vasyuk açaraq iki universitet arasındakı müqaviləyə əsasən, fəaliyyət göstərəcək mərkəzin açılışını əlamətdar hadisə kimi qiymətləndirmişdir. Bildirmişdir ki, bu hadisədən əvvəl daha bir mühüm yenilik baş vermişdir: Azərbaycan dili KMLU-nun şərqşünaslıq fakültəsində öyrənilən dillərin kadastrına daxil edilmişdir. Artıq üçüncü kurs tələbələri mərkəzdə məşğul ola bilərlər. Burada onlar Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı zəngin ədəbiyyatla tanış olmaq imkanı əldə etmişlər.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, bu, Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən mərkəzdən sonra BSU-nun təşəbbüsü ilə Ukraynada açılmış ikinci mərkəzdir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan və açılışı ulu öndərin anadan olmasının 90 illiyinə təsadüf edən bu mərkəz iki dost xalqın daha da yaxınlaşmasında əvəzsiz rol oynayacaqdır.

Daha sonra tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun, Azərbaycanın Ukraynadakı və Ukraynanın ölkəmizdəki səfirlərinin, eləcə də Poltava İqtisadiyyat və Ticarət Universiteti rektorunun təbrik məktubları oxunmuşdur.

ARDNŞ-in nümayəndəsi şirkətin mərkəzi linqafon kabineti və interaktiv lövhə ilə təchiz etməklə onun təşkilinə öz töhfəsini verdiyini demişdir.

Ukraynada Azərbaycan diaspor təşkilatının sədri Rövşən Tağıyev demişdir kii, bu mərkəz Kiyevdə Azərbaycanın təhsil və mədəniyyət guşəsi kimi fəaliyyət göstərəcəkdir.

Tədbirin sonunda azərbaycanlı və ukraynalı tələbələr milli geyimlərdə konsert proqramı ilə çıxış etmişlər.

Hazırda BSU-nun təşəbbüsü və dəstəyi ilə bir sıra xarici ölkələrin nüfuzlu universitetlərində yeni Azərbaycan tədris-mədəniyyət mərkəzlərinin təşkili istiqamətində intensiv iş aparılır və imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin geniş təbliği, tədrisi və tədqiqi sahəsində uğurlu addımlar atılır. BSU ilə Almaniyanın Yohannes Quttenberq Universiteti (Mayns), Rusiyanın Ural Federal Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb