CƏMİYYƏT
Kiyev zooparkı AZƏRTAC-ın fotoobyektivində
Kiyev, 3 avqust, AZƏRTAC
Kiyev zooparkı Avropanın ən böyük zooloji parklarından biri hesab edilir. Həmin zooparkın 100 ildən artıq yaşı var, 34 hektarda yerləşir.
Hazırda burada 368 növ canlı bəslənilir. 1909-cu ildə fəaliyyətə başlayanda isə zooparkda 115 növ canlı mövcud idi. Zooparkın ərazisində, həmçinin 130 növdən artıq ağac və bitki bəslənilir.
Bu zoopark ən yaşlı canlıları ilə də seçilir. Burada 26 yaşlı ayı, 60-dan yuxarı kazur quşu, 58 yaşlı begemot və digər yaşlı canlılar yaşayır.
Ekskursiyası 2 saata yaxın davam edən zooparkın saxlanılması üçün Kiyev Şəhər Administrasiyasının büdcəsindən və digər fondlar tərəfindən pul ayrılır.
AZƏRTAC zooparkdan məxsusi fotosessiyanı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev