Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Kiyevdə “Vsesvit” jurnalının müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub

Kiyev, 16 yanvar, AZƏRTAC

Yanvarın 15-də Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyada populyar “Vsesvit” (“Kainat”) jurnalının 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri jurnalın baş redaktoru, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Dmitri Drozdovski açıb.

Sonra Ukraynanın bu qocaman ədəbi nəşrinin sabiq baş redaktorları - Oleq Nikitenko və Ukrayna Qəhrəmanı Dmitri Pavlıçko “Vsesvit” nəşrinin keçdiyi şanlı yol barədə söhbət açıblar.

Ukrayna mədəniyyət nazirinin birinci müavini İqor Lixovıy, Ukrayna Diplomatik Akademiyasının rektoru professor Nikolay Kuliniç, Ukrayna Yazıçılar İttifaqının rəhbəri Mixail Sidorjevski, jurnalın redaksiya heyətinin üzvü, Ukrayna səfiri Yuri Koçubey, yazıçı, Ukrayna səfiri Yuri Şerbak və başqaları jurnalın yaradıcı kollektivini təbrik ediblər.

Sonra “Vsesvit” jurnalının müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub.

Təqdimat mərasimini Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli açıb. Təqdimat mərasiminin keçirilməsi üçün yaradılmış gözəl şəraitə və qonaqpərvərliyə görə Ukrayna Diplomatik Akademiyasının rektoruna təşəkkürünü bildirən səfir jurnalın rəhbərliyini və yaradıcı kollektivini şanlı yubiley münasibətilə təbrik edib, onlara bu nəşrin gözəl ənənələrini qoruyub saxlamağı və artırmağı arzu edib.

Diplomat “Vsesvit” jurnalının müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş xüsusi buraxılışının yaradılması ideyası barədə söhbət açaraq vurğulayıb ki, indiyə qədər Ukraynada müasir Azərbaycan ədəbiyyatının bu qədər geniş həcmli antologiyası çap edilməyib. Müasir Azərbaycan müəlliflərinin bütün əsərləri Ukrayna dilinə yaxşı tərcümə olunub.

E.Mədətli bu layihənin həyata keçirilməsinə görə D.Drozdovskiyə və onun komandasına, habelə Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, yazıçı Səlim Babullaoğluna, sahibkar və xeyriyyəçi Möhlət Hüseynova və başqalarına təşəkkürünü bildirib. Səfir xüsusi qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimlərinə daim qayğı göstərir, mütəmadi olaraq onlarla görüşürdü, bu insanların uğurları və problemləri ona yaxşı məlum idi. Ulu öndər Heydər Əliyevin dövlət siyasəti dərəcəsinə çatdırılmış bu siyasətini onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.

Dəfələrlə Azərbaycanda olmuş Dmitri Drozdovski deyib: “Sizin ölkəniz neft ehtiyatlarından əldə edilən mənfəəti mədəniyyətə, sosial sahənin inkişafına və başqa sahələrə sərmayə qoymağa nail olub. Azərbaycan özü isə nəinki regionda, hətta bütün postsovet məkanında şəksiz liderdir”. D.Drozdovski jurnalın Azərbaycana həsr edilmiş xüsusi nömrəsinin hazırlanmasına göstərdikləri dəstəyə görə səfir Eynulla Mədətliyə və öz dostu Səlim Babullaoğluna, habelə M.Hüseynova təşəkkürünü bildirib. Baş redaktor etiraf edib ki, əvvəlcə bu cür geniş miqyaslı layihəni, özü də indiki mürəkkəb şəraitdə gerçəkləşdirməyə sadəcə gücləri çatmayacağını güman edirdi. O vurğulayıb ki, bu cür geniş miqyaslı layihə “Vsesvit” jurnalının 90 illik tarixində ilk dəfə həyata keçirilib. D.Drozdovski deyib ki, Azərbaycanın tanınmış alimləri - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və professor Vaqif Arzumanlının “Taras Şevçenko və Azərbaycan” adlı geniş məqaləsi də Azərbaycan diplomatik nümayəndəliyinin dəstəyi Ukrayna dilinə tərcümə olunub və bu jurnalda çap edib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri Aslan Cəfərov, Azərbaycanın Əməkdar Artisti Rafiq Həşimov, Səlim Babullaoğlu, Yazıçılar Birliyi Aparatının müşaviri Rauf Aslanov və “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli nazir Əbülfəs Qarayevin və Yazıçılar Birliyinin sədri Anarın “Vsesvit” jurnalının rəhbərliyinə təbrik ünvanlarını təqdim ediblər. Tərəflər bir-birinə xatirə hədiyyələri veriblər. Ədəbiyyat üzrə mükafatlar təqdim edilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Kiyevdə akkreditə edilmiş diplomatik korpusun, Ukraynanın nazirlik, baş idarə və yaradıcı ittifaqlarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, Ukraynanın ədəbi elitası iştirak edib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib