Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kombi alarkən diqqət edilməli vacib məqamlar

Kombi alarkən diqqət edilməli vacib məqamlar

Bakı, 17 iyul, AZƏRTAC

Kombi mənzilinizin istilik və isti su ehtiyacını ödəyərək rahatlığınızı təmin edən cihazdır. Kombi sistemi vasitəsilə istənilən hava şəraitində istənilən mənzili isitmək və isti su ilə təmin etmək mümkündür. Bunun üçün sistemin bütün hissələrini tələb olunan qaydada yığmaq, qapalı və bütün otaqları əhatə edən su borularını çəkmək və cihaza qoşmaq kifayətdir. Nəzərə alın ki, bu cihazları qidalandıran təbii qaz və su xəttinin layihəsi müvafiq icra orqanı tərəfindən təsdiq edilməlidir. Təbii qaz və su xətləri birləşdiriləndən sonra kombi elektron idarəetmə sistemi vasitəsilə suyu tələb olunan dərəcəyə qədər qızdırır və sistemə vurur.

Kombilər yay və qış rejimində işləyir. Yay rejimində cihaz ancaq suyu isidir. Qış rejimində isə kombi suyu isitməklə yanaşı, isidilmiş suyu istilik radiatoruna verir. Kombi ölçüləri kiçik, çəkisi yüngül, az yer tutan, asan daşına bilən və səssiz işləyir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, istehlak bazarında hazırda bir sıra xarici ölkələrdə istehsal olunmuş üç növ kombilər satılır. Bu sırada bacalı, hermetik və kompressor-kondensatorlu kombilər yer alır. Bacalı kombilər - yanma əsasında lazım olan oksigeni alır və yanma sonunda lazımsız qazları, uyğun baca vasitəsilə xaric edir. Bu halda bacaların müəyyən olunmuş standartlara uyğun olması çox önəmlidir. Hermetik kombilər - yanma üçün istifadə olunan hava ventilyator vasitəsilə xarici mühitdən alınır və yanma sonrası ortaya çıxan tullantı qaz eyni sistemlə xaricə atılır. Bu halda otağın havasını dəyişməyə ehtiyac olmur. Çünki yanma üçün otağın havasından istifadə olunmur. Kompressor-kondensatorlu kombilər təbii qaz yandırdığı zaman böyük miqdarda su buxarı əmələ gəlir. Bu növ kombilər əmələ gəlmiş buxarın enerjisini hərəkət etdirir və enerji əldə edildikdən sonra kondensator buxarını kənara atır. Adi kombilərdə istifadə olunan istilik 80-90 faiz təşkil edirsə, kompressor-kondensatorlu kombilərdə bu 105-109 faiz olur.

Kombini seçəndə evin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir. Birinci növbədə, necə bir mal alacağınız haqqında araşdırma aparın. Tövsiyə edilən cihazın tutumunun onu istifadə edəcəyiniz yer üçün məqbul olub-olmadığı haqqında məlumat əldə edin. Bu cihazları seçərkən tanınmış istehsalçı firmaların məhsullarına və geniş texniki xidmət şəbəkəsi olanlara üstünlük verin. Eyni zamanda, kombi alarkən seçdiyiniz kombinin qiyməti ilə yanaşı, onun yanacaq sərfi və xidmət xərclərinin də əhəmiyyətli olduğunu unutmayın.

Kombilər üçün verilən zəmanət müddətinə və sertifikatının olub-olmamasına diqqət edin. Kombi üçün zəmanət müddəti istehsalçı tərəfindən müəyyən edilir. Lakin belə müddət yoxdursa qanunvericiliyə görə o ən azı 2 il zəmanətli sayılır.

Kombilər qüvvə və konturların sayına görə də fərqlənirlər. Onların gücü 12kVt-dan 35 kVt-dək qalxa bilər və müvafiq olaraq 50 kvadratmetrdən 350 kvadratmetrədək sahəni qızdırır və isti su verir.

Konturların sayına gəlincə, bir konturlu kombilər yalnız mənzillərin isidilməsi üçün istifadə olunur, iki konturlu kombilər isə istilikdən əlavə isti suyun verilməsini təmin edir.

Kombi sistemlərinin müsbət cəhətlərinə rahat və uzunmüddətli istifadəni, suyun dərəcəsinin müstəqil fərdi formada idarə olunmasını, istənilən vaxt sistemin yandırılıb-söndürülməsinin mümkünlüyünü aid etmək olar. Mənfi cəhəti isə şaxtalı havada ayrı-ayrı sahələrdə sistemdə olan suyun buzlanma riskinin olmasıdır ki, bu da ciddi qüsurlarla nəticələnə bilər.

Yeni nəsil kombi cihazlarında təhlükəsiz istifadə baxımından demək olar ki, bütün qabaqlayıcı tədbirlər nəzərə alınıb. Lakin bütün hallarda istifadə zamanı mütəmadi nəzarət olunması vacibdir. Bilin ki, kombinin davamlı işlədiyi mənzildə yetərli istilik yoxdursa, deməli ya onun tutumu aşağıdır, ya da mənzilinizin istilik izolyasiyası lazımi səviyyədə deyil. Burada, eyni zamanda, istifadə edilən radiatorun həcminin az olması və xətlərdə müəyyən problemlərin olması da rol oynaya bilər.

Bu cihazlar idxal malı olduğuna görə istehlakçılar əksər hallarda onlarda qüsur yarandıqda hara müraciət etmələri barədə çaşqınlıq yaşayırlar. Bilin ki, bu cihazların istifadəsi zamanı ortaya çıxan problemlərlə bağlı birinci növbədə, onu aldığınız ticarət obyektinə müraciət edə bilərsiz. Əgər problem aradan qaldırılmazsa, onda aidiyyəti üzrə müvafiq dövlət qurumlarına müraciət edərək istehlakçı hüquqlarınızın təmin olunmasını mövcud qanunvericiliklə tələb edə bilərsiz.

Kombi alarkən istehlakçılar tərəfindən aşağıdakı bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə, bu malları alarkən satıcı tərəfindən onların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan analoji mal nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa annotasiyası olmalıdır. Satıcı istehlakçının tələbi və iştirakı ilə həmin malların iş prinsipinin, standartlara uyğunluğunun əyani nümayiş etdirilməsinə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədləri almağı unutmayın. Bu cihazları alarkən onun texniki parametrləri, təhlükəsiz istifadə şərtlərinə aid ətraflı məlumatlarla tanış olun. Kustar üsulla hazırlanmış təhlükəsizlik tələblərinə cavab verməyən cihazları almayın.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

ABŞ-da atışma zamanı 3 zabit həlak olub

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

Botsvanada quruyan göllərdə begemotlar məhv olur

Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib

ADA Universitetində Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş caz konserti keçirilib

Türkiyə XİN: Fransa Milli Assambleyasının qərarı tarixi təhrif etmək cəhdidir

Göyçayda qətldə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan və Türkiyənin hesablama palataları İğdır-Naxçıvan qaz kəməri layihəsinin auditi barədə razılığa gəlib