DÜNYA
Konan Makqreqor məşhur serialda çəkilib
Bakı, 27 yanvar, AZƏRTAC
IMDb kinokataloqu “Taxt-tac oyunları” (Game of Thrones) 7-ci mövsümünün premyerasının baş tutacağı tarixi açıqlayıb.
İngiltərə mətbuatının yazdığına görə, altı hissədən ibarət yeni mövsümün ilk serialı cari il iyunun 26-da tamaşaçılara təqdim olunacaq. Filmin prodüser heyətinin verdiyi məlumata görə, ekran əsərində daha öncə “ölmüş” qəhrəman - lord Uolder Frey yenidən rol alacaq. Yeni mövsümü daha maraqlı edən məqamlardan biri isə məşhur MMA döyüşçüsü Konan Makqreqorun bu serialda çəkilməsidir. O, “Sükut” dəniz quldurları gəmisində lal dənizçi rolunu canlandırıb.
2011-ci ildən çəkilən serialın sonuncu - səkkizinci mövsümünün çəkilişlərinə bu ilin sentyabrında start veriləcək. Corc Martinin “Buzun və alovun nəğməsi” əsəri əsasında ekranlaşdırılan serial indiyədək nüfuzlu “Emmi” premyerasında 10 nominasiya üzrə qalib gəlib.