SİYASƏT
KONFEDERASİYANIN NÜMAYƏNDƏ HEYƏTİ ALMANİYADA İŞGÜZAR SƏFƏRDƏDİR
Bakı, 16 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Sosial dialoq sahəsində əməkdaşlıq” layihəsi çərçivəsində Almaniyada işgüzar səfərdədir.
ASK-nın mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Azərbaycanda sosial dialoqun inkişafı və onun səviyyəsinin yüksəldilməsi, üzvlərə göstərilən xidmətlərin və lobbiçilik fəaliyyətinin təkmilləşdirilməsi üzrə qabaqcıl təcrübə öyrəniləcək, bu sahədə Almaniya işəgötürənlər təşkilatları ilə fikir mübadiləsi aparılacaqdır.
Konfederasiyanın nümayəndə heyəti səfər zamanı bu il yanvarın 23-də Bakıda ASK ilə Almaniyanın Maklenburq-Worpommern Texniki Peşə Təhsili İnstitutu arasında “Sosial dialoq sahəsində əməkdaşlıq” layihəsi üzrə imzalanmış üçillik əməkdaşlıq müqaviləsi çərçivəsində bir sıra görüşlər keçirəcəkdir.
Səfər fevralın 21-də başa çatacaqdır.