ELM VƏ TƏHSİL
KONFRANSDA TƏLƏBƏ MÜBADİLƏ PROQRAMI İLƏ BAĞLI MƏLUMAT VERİLƏCƏKDİR
Fevralın 23-də Azərbaycanın “AZUS” və ABŞ-ın “Kaplan Aspect” şirkətləri tərəfindən ilk dəfə təşkil olunacaq “Work and Travel USA” adlı konfrans keçiriləcəkdir.
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatından AZƏRTAC-a bildirmişlər ki, “Work and Travel” (WAT) ABŞ hökumətinin nəzarəti altında olan, dünyanın müxtəlif ölkələrindən universitet tələbələrinin yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübələrini inkişaf etdirmək, müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmalarını təmin edən tələbə mübadilə proqramıdır.
Konfransda tələbələr WAT proqramı haqqında geniş məlumat əldə edəcəklər.
Tədbirdə ABŞ səfirliyi, “Kaplan Aspect” və digər Amerika şirkətlərinin, Gənclər və İdman Nazirliyinin, “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının və Azərbaycanın bir neçə ali təhsil məktəblərinin nümayəndələri iştirak edəcəklər.