REGİONLAR
Konsert proqramı və səyyar kitabxana xidməti Tərtər sakinlərinin marağına səbəb olub
Tərtər, 21 avqust, AZƏRTAC
Tərtər şəhər mədəniyyət və istirahət parkında əhalinin asudə vaxtının səmərəli keçirilməsi və istirahəti məqsədilə konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Tərtər Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Evoğlu kənd mədəniyyət evi, Dəmirçilər kənd sənətkarlıq evi və Söylən kənd folklor klubunun bədii özfəaliyyət dərnəkləri üzvlərinin təqdim etdikləri musiqi nömrələri cəbhə bölgəsinin sakinlərində yüksək əhvali-ruhiyyə yaradıb.
Tədbirdə rayon mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları sakinlərə səyyar xidmət göstəriblər. Kitab sərgisində Azərbaycan və xarici yazıçıların əsərləri, uşaq ədəbiyyatından nümunələr və kitabxanada olan yeni nəşrlər yer alıb.
Konsert proqramı və səyyar kitabxana xidməti rayon sakinləri tərəfindən maraqla qarşılanıb.