REGİONLAR
“Könüllü qonaq” təşəbbüsünə qoşulan qazaxlı gənclər aksiyanı davam etdirirlər
Qazax, 29 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə qoşulan Qazax gəncləri bu aksiyanı uğurla davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə Ağköynək kəndinə səfər edən gənclər ağbirçək Bahar Süleymanovanın evində olublar.
Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Gənclər ölkəmizin digər şəhər və kəndlərində yaşayan həmyaşıdlarını da “könüllü qonaq” təşəbbüsünə qoşulmağa çağırıblar.
Qeyd edək ki, bu təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılması məqsədi daşıyır.