KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ROH MU-HYUNA
Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı - Koreyanın azad olunması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin və hərtərəfli əməkdaşlığımızın inkişafı istiqamətində atdığımız addımlarla biz bundan sonra da xalqlarımızın iradəsini yerinə yetirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Koreya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2005-ci il.