SİYASƏT
KOREYALI QONAQLAR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
Bakı, 15 dekabr (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Məclisinin Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri dekabrın 15-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Qonaqlara Şəhidlər xiyabanının tarixi, Bakıda aparılan quruculuq işləri barədə məlumat verilmişdir.
Dostluq qrupunun üzvləri Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.
######