SİYASƏT
Krım Muxtar Respublikası Ali Radasının Rəyasət Heyəti Krımın Azərbaycanlılar İcmasının sədrini fəxri fərmanla təltif etmişdir
Bakı, 23 dekabr (AZƏRTAC). Krım Muxtar Respublikası Ali Radasının Rəyasət Heyətinin qərarı ilə Krımın Azərbaycanlılar İcmasının sədri Rəhim Hümbətov fəxri fərmanla təltif edilmişdir.
Bu barədə AZƏRTAC-a Krımın Azərbaycanlılar İcmasından xəbər verilmişdir.
Azərbaycan İcmasının rəhbəri Krım Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafına sanballı şəxsi töhfəsinə görə təltif edilmişdir.
Onu da qeyd edək ki, Rəhim Hümbətov bundan əvvəl Krım Muxtar Respublikası Nazirlər Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:50]
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
- 25.04.2024 [07:17]
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO
- 06.04.2024 [17:26]