MƏDƏNİYYƏT
“Kuklalar” filmi “YARAT”ın böyük ekranında
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.
Film Azərbaycan dilində ingilis subtitrləri ilə təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]