REGİONLAR
Kürdəmirdə əmək yarmarkası keçirilib




Kürdəmir, 29 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə avqustun 29-da Kürdəmirdəki “Gənclər evi”ndə əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, 785 nəfərdən çox işaxtaranın iştirak etdiyi əmək yarmarkasında 247 boş iş yeri təklif edilib. Təklif olunan iş yerlərinin 174-ü qulluqçu, 49-u fəhlə, 24-ü isə xidmət sahələrinə aid olub. Təklif edilən iş yerlərində orta əməkhaqqı 125 manatdan 450 manatadəkdir.
Əmək yarmarkasında 74 nəfərə, o cümlədən 27 nəfərə qeyri-dövlət müəssisələrinə işə, 2 nəfərə kvota yerlərinə göndəriş verilib. Habelə 16 nəfər peşə hazırlığına, 18 nəfər isə ictimai işlərə cəlb edilib.