Kürdəmirdə ev yanıb
Kürdəmir, 12 dekabr, AZƏRTAC
Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın hadisəsi rayonun Qaramahmudlu kəndində qeydə alınıb. Belə ki, yanğın 29 yaşlı kənd sakini Qarayev Famil Adil oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 260 kvadratmetr olan yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ev tamamilə yanıb. Ev sahibinin sözlərinə görə, ona ümumilikdə 40 min manata yaxın ziyan dəyib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.