REGİONLAR
Kürdəmirli kümçülər barama tədarükünə başlayıblar
Kürdəmir, 31 may, AZƏRTAC
Kürdəmir rayonunda barama tədarükünə başlanılıb. Məhsulu kümçülərdən “Şəki-İpək” ASC-nin nümayəndələri qəbul edir.
AZƏRTAC xəbər verir ki, bu il rayonda kümçülərə 300 qutu (5700 qram) inkubasiya olunan ipəkqurdu toxumu verilib. İpəkqurdu toxumu 25 kənd olmaqla, 156 ailəyə paylanılıb. Rayonun Qaramahmudlu, Sovla, Qarasaqqal, Carlı, Yenikənd, Köhünlü, Qocalı və digər kəndlərində daha çox barama yetişdirilib. Artıq kənd sakinləri ərsəyə gətirdikləri məhsulun bar-bərəkətini görməyə başlayıblar. Məhsulun tədarükü Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin həyətində “Şəki-İpək” ASC tərəfindən aparılır.
Bütövlükdə bu il rayonda 15 ton barama tədarükü gözlənilir.