LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM VAYRA VİKE-FREYBERQAYA
Hörmətli xanım Prezident,
Latviya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Latviya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın iradəsinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2003-cü il