Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Latviyada “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun universal dəyərlərin təbliğinə təsiri” mövzusunda simpozium təşkil edilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Latviyanın paytaxtı Riqada “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun universal dəyərlərin təbliğinə təsiri” mövzusunda simpozium keçirilib.

Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov açaraq əvvəlcə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb.

Sonra Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukāne giriş nitqi ilə çıxış edib.

Simpoziumda Azərbaycan Milli Kitabxanasını təmsil edən Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib.

Bildirib ki, Azərbaycan xalqı qədim və zəngin ədəbiyyata və mədəniyyətə malikdir və bu ədəbiyyatın görkəmli nümayəndələrindən biri də XII əsrdə yaşayıb yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Ə.İsmayılova əvvəlcə iştirakçılara böyük mütəfəkkir Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verərək, onun dünyada məşhur “Xəmsə”sinə daxil olan poemalarında ümumbəşəri dəyərlərin, haqq və ədalətin, insanlar arasında dostluğun və əməksevərliyin təcəssümünün geniş yer aldığını, şairin ədəbi irsinin təməlində humanizm, ədalətli cəmiyyət və dövlət, insanın hüquq və azadlıqları, insanlar və xalqlar arasında dostluq münasibətlərinin təcəssümünün təşkil etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Ə.İsmayılova qeyd edib ki, ötən il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi tamam olub. Dahi şairin 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2021-ci ili bütövlükdə “Nizami Gəncəvi İli” elan etmiş və ilboyu həm ölkəmizdə, həm də xarici ölkələrdə böyük şairin yaradıcılığının və ideyalarının təbliği məqsədilə çoxlu sayda tədbirlər - elmi konfranslar, kitab sərgiləri və təqdimatları, simpoziumlar, ədəbi-bədii məclislər və digər tədbirlər keçirilib.

Çıxışının davamında natiq, “Nizami Gəncəvi İli” ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihələrdən bəhs edib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qaytarılması” layihəsi çərçivəsində dünya milli kitabxanalarında qorunan Azərbaycan ədəbiyyatı klassiklərinə məxsus əlyazmaların rəqəmsal nüsxələrinin ölkəyə gətirilməsi istiqamətində mühüm işlər görüb. Əldə edilən əlyazma surətləri əsasında kitabxananın əməkdaşları tərəfindən elektron məlumat bazaları hazırlanıb. Bu cür məlumat bazalarını yaradarkən kitabxana mütəxəssisləri təkcə kitabxananın fondunda olan sənədlərdən deyil, digər kitabxanaların və internet resurslarının materiallarından da (təbii ki, müəlliflik hüququ şərtləri daxilində) istifadə edirlər. Sonra o, “Nizami Ganjavi’s heritage in world libraries” adlı Elektron məlumat bazasını tədbir iştirakçılarına nümayiş edib. Qeyd edib ki, Elektron məlumat bazasında Nizami Gəncəvinin “Xəmsə”sinin 155 nüsxəsi toplanıb. Bu əlyazmaların elektron nüsxələri Nizami ilində Türkiyə, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Polşa, Çexiya, Rusiya və Qazaxıstanın kitabxana və muzeylərindən Milli Kitabxanaya daxil olmuşdur. O, elektron baza üzərindən iştirakçıları Britaniya, Türkiyə, Çexiya, Fransa kitabxanalarından, eləcə də Tehran və Mançester Universitet kitabxanalarından əldə edilən nüsxələrlə əyani şəkildə tanış etmişdir. Çıxışının sonunda Ə.İsmayılova Milli Kitabxananın yubiley hədiyyəsi kimi nəşr etdiyi və 8 minə yaxın məxəzi özündə əks etdirən “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını da tədbir iştirakçılarına təqdim edib.

Tədbirin davamında Koreya Tədqiqatları Mərkəzinin rəhbəri, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins “Nizaminin elm və fəlsəfə kontekstində rolu” mövzusunda, Jazeps Vitols adına Latviya Musiqi Akademiyasının musiqişünaslıq kafedrasının professoru Boriss Avramecs “Musiqidə Nizami” mövzusunda, texnika elmləri doktoru, professor Nigar Sultanova “Nizami poemalarının filoloji tərcüməsinin subtletləri” mövzusunda çıxışlar dinlənilib.

Tədbirin sonunda Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat Mübadilə fondundan “Nizami Gəncəvi. Xəmsə”, “Yevgeni Bertels. Böyük Azərbaycan şairi Nizami” (Azərbaycan və ərəb dillərində), “Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının mədəniyyətlərarası dialoqda rolu (yunan dilində)”, “Nizami Gəncəvi. Biblioqrafiya”, “Р.Аббаслы. Низами Гянджеви Тюркский Поэт” adlı kitabları və “Sözləri Nizaminindir” adlı disk albomunu Latviya Milli Kitabxanasının fonduna hədiyyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib